Boatenq “Bayern”ə qayıda bilmədi – Keçmiş arvadına görə

“Bayern”in sabiq müdafiəçisi Jerom Boatenq keçmiş klubuna qayıda bilməyəcək.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçunun keçmiş arvadına hücumla bağlı baxılan cinayət işi onunla müqavilə imzalamaqdan imtina etmək üçün həlledici amil olub.

Futbolçunun iki uşağının anası Şerin Zenlerin dediyinə görə, 2018-ci ildə, tətildə olarkən Boatenq onu döyüb və bəzi xəsarətlər yetirib. Müdafiəçi buna görə 1,8 milyon avro cərimələnib.

Futbolçu 2011-2021-ci illərdə Münhen klubunda çıxış edib. O, ümumilikdə “Bayern”in heyətində 363 oyun keçirib, 10 qol vurub və 25 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button