“Bney Yehuda”nın futbolçusu xəstəxanalıq oldu
Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Bney Yehuda” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İsrail təmsilçisinin müdafiəçisi Paz Ben Arinin qolu qırılıb. Bu barədə “Bney Yehuda”nın rəsmi “facebook” səhifəsi məlumat yayıb.
“Neftçi” – “Bney Yehuda” (2:2) matçının son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu, Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.
Ben Ari qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Müdafiəçinin son durumu İsrailə qayıtdıqdan sonra bilinəcək.
“Bney Yehuda” ilə “Neftçi” arasındakı cavab görüşü avqustun 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin