Blatterdən DÇ üçün ABŞ və Yaponiya təklifi
FİFA-nın sabiq prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan dünya çempionatı ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, “Bild”ə danışan sabiq prezident, turnirə ABŞ və ya Yaponiyanın ev sahibliyi edə biləcəyini bildirib:
“2022-ci il dünya çempionatına ev sahibliyi etmək üçün Qətər seçilərkən, rüşvət qalmaqalları ortaya çıxmışdı. Buna görə də, turnir Almaniyada keçirilə bilər. Lakin 2018-ci ildə keçirilən dünya çempionatından sonra yarışın Avropa ölkələrində keçirilmək ehtimalı azdır. ABŞ 2026-cı il əvəzinə 2022-ci ildə mundiala ev sahibliyi edə bilər. Bundan başqa, Yaponiya da bunu bacara bilər. Xoşbəxtlikdən növbəti turnirdə 48 yox, 32 komanda iştirak edəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin