“Təkcə varlılar üçün deyil, bütün futbol üçün eyni sistem olmalıdır” – Blatter

FİFA-nın keçmiş prezidenti Yozef Blatter hələ də ali futbol qurumuna rəhbərlik etsəydi, futbolda hansı dəyişikliklərə can atacağından danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, belə deyib:

“Mən deyərdim: “Bizdə təkcə varlılar üçün deyil, bütün futbol üçün eyni sistem olmalıdır”. Çünki bu, varlılar üçün bir sistemdir. Qoy oyun olduğu qədər sadə olsun”.

İsveçrəli 88 yaşlı Yozef Blatter 1998-ci ilin iyunundan 2015-ci ilin oktyabrınadək FİFA-ya rəhbərlik edib. O, 2015-ci ilin dekabrında korrupsiya qalmaqallarına görə FİFA Etika Komitəsi tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 2016-cı ilin fevralında FİFA-nın apellyasiya komitəsi qadağanı 6 ilə qədər azaldıb. 2021-ci ilin martında qurum müxtəlif etik kodeks pozuntularına görə Blatterin 6 il 8 ay müddətinə yenidən diskvalifikasiya edildiyini elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button