Messi: “Biznes dünyası ilə maraqlanıram”

“İnter Mayami”nin hücumçusu Lionel Messi gələcək planlarını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçu karyerasını bitirdikdən sonra edə biləcəkləriylə maraqlandığını söyləyib:

“Uzun karyeram olub və bu, hələ də davam edir. Son zamanlar əlavə layihələrlə, gələcəkdə edə biləcəyim şeylərlə daha çox maraqlanmağa başlamışam. Təəssüf ki, futbolçunun karyerası qısadır, bir anda bitir. Artıq bundan sonra nə edəcəyim barədə düşünürəm. Biznes dünyası ilə maraqlanıram, bu sahədə yeni şeylər öyrənmək istəyirəm, amma hələ də ilk addımlarımı atıram”.

38 yaşlı argentinalı futbolçu bu yaxınlarda ABŞ klubuyla müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadıb, lakin təqaüdə çıxmağın yaxın olduğunu bildiyini etiraf edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button