
“Yeni baş məşqçimizə inanırıq” – “Milan”ın futbolçusu
“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik komandanın yeni baş məşqçisi Paulo Fonseka haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bizim yeni baş məşqçimiz var, biz ona inanırıq. Onun nə istədiyini və ideyalarının nə olduğunu başa düşürük”.
A Seriyasının yeni mövsümü avqustun 17-də başlayacaq. “Milan” ilk turda “Torino” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin