
Mbappe: “Qrizmann bir neçə dəfə məni evinə dəvət edib”
Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe İspaniyanın digər klubu “Atletiko”da çıxış edən həmyerlisi Antuan Qrizmanndan danışıb.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, Mbappe, Qrizmannla yaxşı münasibətinin olduğunu bildirib:
“Biz qonşuluqda yaşayırıq və tez-tez ünsiyyət qururuq. Bizim yaxşı münasibətimiz var. Antuan bir neçə dəfə məni evinə dəvət edib. Hələ bir araya gələ bilməmişik, amma gələcəkdə bu baş verəcək. Biz qonşuyuq”.
Mbappe “kral klubu”na ötən yay PSJ-dən azad agent kimi keçib və beş illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin