Sulşer Mourinyonu yada saldı
İngiltərə Premyer Liqasının son turunda “Kardiff Siti”yə 0:2 hesabı ilə məğlub olaraq, mövsümü 6-cı pillədə tamamlayan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, mövsümü dəyərləndirib:
“Son iki ay komanda və futbolçular üçün çox çətin keçdi. Bizim üçün yeganə müsbət məqam artıq mövsümün bitməsidir. İyulun 1-də yenidən görüşəcəyik və lazım olan işləri görəcəyik.
Premyer Liqada qısa müddətlik 4-cü pilləyə yüksəldik. Növbəti mövsüm yenidən bir neçə titul üçün mübarizə aparacağıq. “Mançester Yunayted” uzun müddət kuboksuz qala bilməz. Joze Mourinyo “Mançester Yunayted”lə Avropa Liqasını qazanmışdı. Bu, bizim üçün də real vəzifədir”.
Bizi Facebook-da izləyin