“Bizim üçün yaxşı nəticə olmadı” – “Omoniya”nın baş məşqçisi
“Omoniya” (Kipr) bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında “Zirə”nin qonağı olub.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Kipr klubunun baş məşqçisi Valdas Damburaskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis komandanı çempionat oyununa deyil, avrokuboklara kökləməyin çətin olduğunu bildirib:
“Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Bizim üçün yaxşı nəticə olmadı. Ümumi olaraq Konfrans Liqasına vəsiqə qazandıq. Buna görə “Omoniya” camiəsini təbrik edirəm. İlk hissə sönük keçdi, komandalar ehtiyatlı oynadılar. Buna qazonun da təsiri var idi.
Karyeramda ilk dəfədir ki, 6:0 hesablı qələbə qazanırdım. İnanın ki, komandanı çempionat oyununa deyil, daha çox avrokubok oyunlarına kökləmək çətin olur. Düşünürəm ki, bunun öhdəsindən gəldik. Əsas məqsədimiz Konfrans Liqasının final mərhələlərinə vəsiqə qazanmaq idi. Bunun öhdəsindən gəldik. Bazar günü çempionat oyununu da qələbə ilə başa vurub, daha sonra fasiləyə çıxacağıq. Millilərin oyunları ilə bağlı yaranacaq fasilədə istirahət etməyə vaxtımız olacaq.
Bu oyun üzərindən fikir yürütmək istəmizdim. Hər iki oyuna baxmalıyıq. Oyunçularım möhtəşəm oyun göstərdi. Evdəki böyükhesabl nəticədə azarkeşlərimizin də əməyi böyükdür. Möhtəşəm atmosfer yaratdılar və rəqib futbolçuları sonadək təzyiq altında saxladılar. Bu kimi faktorlar evdə 6:0 hesablı qələbə qazanmağımıza gətirib çıxardı”.
“Omoniya” (Kipr) – “Zirə” duelinin ilk qarşılaşmasında kiprlilər 6:0 hesablı qələbə qazanıb. Ümumi hesabda 6:1 hesabı ilə qalib gələn “Omoniya” Konfrans Liqasının final mərhələsinə yüksəlib.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin