Ançelotti: “Vinisius bizim üçün dünyanın ən yaxşı futbolçusu olaraq qalır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Vinisius Juniorun çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bizim üçün o, dünyanın ən yaxşı futbolçusu olaraq qalır. Vinisiusda bu səviyyəli oyunçular üçün qeyri-adi olan bir təvazökarlıq var. Onun indi olduğu səviyyə bizi təəccübləndirmir”.

Vinisius bu il “qızıl top”un səsverməsində ikinci yeri tutub. Braziliyalı futbolçu bu mövsüm Madrid klubunun heyətində 19 matçda iştirak edib, 13 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button