“Bizim üçün çətin oyun oldu” – Tuxel
“Bayern”in baş məşqçisi Tomas Tuxel Almaniya çempionatının səkkizinci turunda “Maynts”la oyunun (3:1) komanda üçün çətin keçdiyini etiraf edib.
Komanda.az “Bayern”in rəsmi saytına istinadən xəbər verir ki, o, oyunu belə şərh edib:
“Çətin, gərgin oyun gözləyirdik. Yaxşı başladıq, lakin əks-hücumda şanslarımızdan daha çox istifadə etməli idik. Bu, bizim üçün çətin oyun oldu. Beynəlxalq fasilədən və zədələrdən sonra fiziki olaraq hər şey çətinləşdi. Komanda tərifə layiqdir. İndi biz çərşənbə axşamı daha yaxşı oynamağa çalışacağıq”.
Bundesliqanın 8 turundan sonra “Bayern” 20 xalla üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin