“Bizim üçün çətin olacaq, amma…” – Harri Keyn
İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, B qrupunda “Bavariya”, “Olimpiakos” və “Srvena Zvezda”ya rəqib olan londonluların 25 yaşlı futbolçusu, püşklə bağlı bunları deyib:
“Keçən mövsüm turnirin final matçında iştirak etmişdik. Ona görə də, bu mövsüm öz bacarıqlarımıza daha çox inanmalıyıq. Çıxışımız göstərdi ki, Avropada ən yaxşısını bacara bilərik. Məqsədimiz turnirin qalibi olmaqdır. Keçən il gümüş medal qazanmağımız bizi daha bir addım atmağa məcbur edir. Ümid edirik ki, bacararıq.
Püşkün bizim üçün yaxşı olduğunu düşünürəm. Bu turnirdə əvvəllər tanış olmadığımız komandalarla oynayacağıq. Bu, yaxşı sınaq olacaq. “Bavariya”nın Avropanın ən yaxşı komandalarından biri olduğu məlumdur. Bizim üçün çətin olacaq, amma istənilən komandanı məğlub edə biləcəyimizi hiss edirik”.
Bizi Facebook-da izləyin