DÇ-2022: Komanda yoldaşı Benzema haqda: “Səhəri gün xəbəri eşitdik”

Fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa hücumçu Kərim Benzemanın zədəsi barədə danışıb.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, Benzemanın millinin düşərgəsindən ayrıldığını sonradan eşitdiyini bildirib:

“Mən onun məşqdən ayrıldığını görmədim. Kərim testlərə getdi. Gec olduğu üçün hamımız yatdıq. Səhəri gün xəbəri eşitdik. Diqqətimizi dünya çempionatının matçlarına yönəltməsək, bizim üçün çətin ola bilər”.

Fransa millisi DÇ-2022-nin D qrupunda Avstraliya (22 noyabr), Danimarka (26 noyabr) və Tunis (30 noyabr) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button