“Bizim üçün ağır həftə oldu” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 10-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis Gəncədə 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Vacib 3 xal qazandıq. Bura asan meydan deyil. Otun hündürlüyü böyük idi. Ona görə istədiyimiz oyunu nümayiş etdirə bilmirdik. Top öt örtüyünə görə istənilən sürətdə getmirdi. Bizim üçün ağır həftə oldu. Bəzi oyunçularımız zədə aldı. Bəzən 14 futbolçu məşqdə iştirak edirdi. Qarşılaşmadan əvvəl Azər Əliyevi də itirdik, o da zədələndi. Buna görə bütün sistemi də dəyişməli olduq. Bütün bunları nəzərə alaraq, 3 xal qazandığımız üçün şadam.
Bölgələrdə oynamaq hər zaman pozitivdi. İnsanlar yerli komandalarını dəstəkləmək üçün stadiona gəlirlər. Bu dəstək bizim oyunumuzu daha da çətinləşdirir. Çünki yerli fanatlar komandanın 12-ci azarkeşinə çevrilir. Bəzən 12-ci oyunçuya qarşı da mübarizə aparmalı olurlar. Lakin çox yaxşı hisslərdir. Mən azarkeşlər önündə oynamağı xoşlayıram”.
Bizi Facebook-da izləyin