Torres: “Trebl arzusunda olmaq üçün kifayət qədər cəsarətimiz var”

“Barselona”nın hücumçusu Ferran Torres komandasının bu mövsüm bütün turnirlərdə qazanacağı mümkün qələbədən danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, hər üç turnirdə mübarizəni davam etdirəcəklərini söyləyib:

“Bizim trebl arzusunda olmaq üçün kifayət qədər cəsarətimiz var. Hər üç turnirdə mübarizəmizi davam etdiririk və onlardan birində şanslarımızı itirənə qədər, sonadək inanacağıq”.

“Barselona” əlavə göstəricilərə görə La Liqada “Real”ı qabaqlayır. Kataloniyalılar Çempionlar Liqasının 1/4 finalında Dortmund “Borussiya”sı ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button