“Klubun banklara nə qədər borcunun olduğunu çox yaxşı bilirsiz”- Poçettino
İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində “Arsenal”la qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “topçular”la aralarındakı fərqlər haqqında danışıb:
“Arsenal” son iki ildə Almaniyanın ən yaxşı futbolçusu Pyer-Emerik Obameyanq, Fransanın ən yaxşısı Aleksandr Lakazett və bu il Nikolas Pepe ilə müqavilə imzalayıb. Bizim son 5 ilimizə nəzər yetirsəz, əsas hücumçumuz Harri Keyn olub. Digər hücumçumuz isə 17 yaşlı Troy Parrotdur. Bu, iki layihə arasındakı fərqi göstərir. Birinin səhv, digərinin yaxşı olduğunu demək istəmirəm. Amma fəaliyyət üsulumuz tamamilə fərqlidir və bundan sonra rəqabət aparmaq lazımdır.
Yurgen Klopp “Liverpul”a gələndən sonra bizim onlarla 0:0 hesablı bərabərliyə razılaşdığımız matçı xatırlasaz, bilərsiz ki, həmin oyunda rəqibin əsas heyətində olan futbolçuların heç biri indi start 11-likdə olmur. Bizimlə müqayisə etsəz, bizdə 8 və ya 9 futbolçu hələ də əsas heyətdə yer alır. Klubun banklara nə qədər borcunun olduğunu çox yaxşı bilirsiz və son 5 ildəki layihəni başqa bir klubla müqayisə edə bilməzsiz. Buna görə də, “Tottenhem”i “Mançester Siti” kimi klublarla müqayisə etmək deyil, bəzi şərtlər çərçivəsində mühakimə etmək lazımdır”.
“Arsenal” – “Tottenhem” matçı bu gün, saat 19:30-da start götürəcək.
Bizi Facebook-da izləyin