“Biz nadir hallarda dominant futbol oynayırdıq” – “Mançester Yunayted”in keçmiş futbolçusu
“Mançester Yunayted”in sabiq hücumçusu, hazırda Almaniya “Hoffenhaym”ında çıxış edən Vout Veqorst İngiltərə klubunda keçirdiyi vaxtları xatırlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu “Mançester Yunayted”də oynamağın onun üçün yorucu olduğunu bildirib:
“Biz nadir hallarda dominant futbol oynayırdıq. Bizim oyun tərzimiz öyrəşdiyimdən fərqli idi. Baş məşqçi məni yarımmüdafiə ilə hücum arasında bağlayıcı rolunda oynamağa məcbur edirdi. Bu, mənim üçün yorucu idi və buna görə də, start heyətində yerimi itirmişdim.
Almaniyada və Türkiyədə komandalar həmişə mənim üçün rahat olan üslubda oynayırlar. “Mançester Yunayted”də mənim işim digər oyunçuların uğur qazanmasını təmin etmək idi. Düşünürəm ki, hər şey mənim üçün çox yaxşı alındı. Amma nə olursa olsun, daha çox qol vurmaq istərdim”.
31 yaşlı futbolçu 2023-cü ilin yanvarında icarə əsasında “Bernli”dən “Mançester Yunayted”ə keçib. Lakin yayda “qırmızı şeytanlar” onunla müqavilə imzalamamaq qərarına gəlib.
Bizi Facebook-da izləyin