
Qvardiola: “Bizim müdafiəmiz yoxdur”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”lə İngiltərə çempionatının 16-cı turu matçı öncəsi komandasının müdafiədəki çıxışı haqda tənqidi fikirlər söyləyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunu yaxşılaşdırmaq üçün çalışmalı olduqlarını deyib:
“Bizim müdafiəmiz yoxdur. Komanda artıq xeyli matçda məğlub olub. Bu baş verdikdə, bütün tənqidlər olmalıdır. Oyunumuzu yaxşılaşdırmaq üçün çox çalışmalıyıq”.
“Mançester Siti” – “Mançester Yunayted” derbisi bu gün, “Etihad” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin