“Mançester Siti”nin futbolçusundan şikayət dolu açıqlama

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva bir mövsüm ərzində çoxlu sayda oyunlardan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu oyunların çoxluğundan şikayətlənib:

“Cədvəl tamamilə doludur. İndicə öyrəndik ki, Liqa kuboku matçına qədər cəmi bir gün istirahətimiz var. Yəqin ki, bir neçə ay ərzində üç gündən bir oynayacağıq. Bu, tamamilə absurddur.

Çempionlar Liqasında növbəti mərhələyə yüksəldikcə, hələ daha iki oyun keçirməlisən. Düzdür, heyətlər daha böyükdür, amma bunun asan olduğunu söyləmək fikrində deyiləm. Bu, asan deyil. Ailəm və dostlarımla çox az vaxt keçirirəm. Bizim iştirak etdiyimiz oyunların sayı sadəcə absurddur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button