“Uilyamsın başına silah dayayıb, onu getməyə məcbur edə bilmərik”
“Atletik”in hücumçusu Niko Uilyamsın agenti Feliks Tainta gənc futbolçunun hazırkı klubunda qalmaq qərarına münasibət bildirib.
Komanda.az “Cadena Ser”-ə istinadən xəbər verir ki, ispaniyalı vingerin agenti işlərinin oun dəstəkləmək və məsləhət vermək olduğunu bildirib:
“Bu oğlan daha bir il “Atetik”də qalmağa qərar verdi. Bizim işimiz onu dəstəkləmək və ona məsləhət verməkdir. Lakin biz onun başına silah dayayıb, onu getməyə məcbur edə bilmərik”.
Uliyams yayda “Barselona”ya keçə bilərdi, amma tərəflər arasındakı anlaşılmazlıq səbəbindən müqavilə baş tutmadı.
22 yaşlı futbolçu İspaniya yığmasının çempion olduğu AÇ-2024-də ən parlaq oyunçularından biri idi. Onun müqaviləsində 58 milyon avro təzminat bəndi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin