
Skaloni: “Çili çox çətin rəqibdir”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsində Çili yığması ilə matçda qazandıqları minimal hesablı qələbə (1:0) barədə fikirlərini bölüşüb.
Komanda.az Argentina millisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Çilinin çox çətin rəqib olduğunu deyib:
“Çili çox çətin rəqibdir. Son oyunlarında da bunu göstərmişdilər. Bizim işimiz qalib gəlmək üçün bütün gücümüzü ortaya qoymaqdır. Bu oyunda birinci hissədə biz üstün idik, ancaq ikinci hissədə təşəbbüsü çilililər ələ keçirdi”.
Skaloninin komandası bu qələbə sayəsində xallarını 34-ə yüksəldib və seçmə mərhələnin turnir cədvəlində liderliyi təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin