
“Bizim günümüz deyildi” – “Ordu”nun baş məşqçisi
“Təşkil etdiyimiz hücumlar zamanı topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq”.
Komanda.az xəbər verir ki, bunu “Ordu”nun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının 16-cı turunda “Şəki”yə qarşı keçirdikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, rəqibin imkanlardan daha yaxşı istifadə etdiyini vurğulayıb:
“İlk olaraq “Şəki” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Bu gün aparıcı oyunçularımızın fəallığı ilə nəticə qazanmaq istəyirdik. Bütün planlarımızı buna uyğun qurmuşduq. Ancaq bizim günümüz deyildi. Əvvəla, atışlarda çox zəif təsir bağışladıq. Təşkil etdiyimiz hücumlar zamanı topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq. Digər tərəfdən, onlar bu gün imkanlardan daha yaxşı istifadə etdilər. Bu səbəblərə görə uduzduq. Artıq bunu yaddan çıxarmalı və “Sumqayıt”la qarşılaşmaya hazır olmalıyıq”.
“Şəki” – “Ordu” qarşılaşması meydan sahiblərinin 89:74 hesablı qələbəsi ilə bitib.
Bizi Facebook-da izləyin


