“Verner bu vəziyyətdən çıxış yolu tapmalıdır” – “Tottenhem”in baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Timo Vernerin uğursuzluqlarının səbəbi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı mütəxəssis bəzən bu vəziyyətdən çıxmağın çətin olduğunu bildirib:

“O, şübhəsiz ki, inamını itirdi, bunu görürük. Bəzən bu vəziyyətdən çıxmaq çətindir. Bizim edə biləcəyimiz tək şey ona dəstək olmaq və özünü güvəndə hiss etdiyi mühiti təmin etməyə çalışmaqdır. O, bu vəziyyətdən çıxış yolu tapmalıdır, çünki hücum mövqelərində bizə fayda verə biləcək oyunçular lazımdır”.

Almaniyalı hücumçu yaxşı mövsüm keçirmir. O, nadir hallarda start heyətində meydana çıxır və hələ qol vurmayıb. Postekoqlu UEFA Avropa Liqasının dünən keçirilən Niderland “AZ Alkmaar”ı ilə oyunun (1:0) fasiləsində onu əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button