Naqelsmann tənqidlərə cavab verdi

Almaniya yığmasının yeni baş məşqçisi Yulian Naqelsmann millinin oktyabrda Şimali Amerikada iki yoldaşlıq oyunu keçirməsi ilə bağlı tənqidlərə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis tənqidi normal qarşıladığını deyib:

“Klub məşqçilərinin nöqteyi-nəzərindən belə bir qərarı tənqid etmək normaldır, bu barədə qeyri-səmimi olmağa ehtiyac yoxdur. Klubda məşqçi qalsaydım, yəqin ki, eyni reaksiyanı verərdim. Amma bizim hamımızın Almaniya futbolu qarşısında məsuliyyətimiz var. Bu səfərə müsbət yanaşmalıyıq. Oyunçular bu matçlarda əllərindən gələni etməlidirlər. Ümid edirəm ki, hamı sağ-salamat qayıdacaq”.

Almaniya millisi iki yoldaşlıq oyunu keçirəcək: oktyabrın 14-də ABŞ ilə, oktyabrın 18-də isə Meksika yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button