“Tottenhem”in asan məğlub edə biləcəyimiz, “ikinci sinif” komanda olduğunu düşünürdülər”
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Tottenhem”ə 1:0 hesabı ilə qalib gələn “Ayaks”ın müdafiəçisi Matteys de Liqt matçdan sonra açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, qələbəni belə şərh edib:
“Bu matçda yaxşı oyun deyil, qələbə önəmli idi, biz də bunu etdik. İkinci qolu da vura bilərdik, amma alınmadı. Ümumilikdə, oyundan və nəticədən razıyıq. Final üçün şanslıyıq, amma bu gün sadəcə ilk oyun keçirildi.
Bizi turun favoriti olaraq görənlərə qulaq asmadıq. Bəlkə də, oyuna favorit olmadan başlamaq daha yaxşıdır. Hollandiyada “Tottenhem”in asan məğlub edə biləcəyimiz, “ikinci sinif” bir komanda olduğunu düşünürdülər. Amma biz rəqibin nə qədər yaxşı olduğunu bilirdik. Bunun sayəsində qələbə qazandıq. “Bavariya”, “Real” və “Yuventus”a qarşı çox yaxşı oynamışdıq. “Tottenhem” də çox yaxşı komandadır. Mübarizə aparmalı idik və apardıq”.
Bizi Facebook-da izləyin