“Bizi sevindirən məqam odur ki…” – Adil Şükürov
Azərbaycan Premyer Liqasının 36-cı turunun “Turan Tovuz” ilə səfər oyunundan sonra “Kəpəz”in baş məşqçisi Adil Şükürov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
Komanda.az xəbər verir ki, o, son oyundakı 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“İlk növbədə Gəncədən bura gələn, ümumiyyətlə bütün “Kəpəz” azarkeşlərinə təşəkkür edirəm. Tovuz fanatlarına da minnətdaram ki, sonda adımı çəkib dəstək verdilər. Çalışdıq ki, gücümüz çatan qədər oynayaq. Böyük itkilərimiz var idi. Heyətimizdən bir çox futbolçular oynamırdı. Bizi sevindirən məqam odur ki, onların yerinə çıxanlar verilən tapşırıqları bacardıqları qədər yerinə yetirməyə çalışdılar. Bu da bizi çox sevindirir. Digər məqam meydana çıxan iki gənc futbolçumuz ilə bağlıdır. Ümid Səmədov və Fərid Kələntərova çox ümidliyəm. Onlar meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Gələcək karyeralarında uğurlar arzulayıram”.
Bizi Facebook-da izləyin