“Bizi “Qarabağ”la finala bərabər oyun gözləyir”
“Bazel”in baş məşqçisi Patrik Rahmen İsveçrə çempionatının 16-cı turu çərçivəsində “Lozanna”ya qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da söz açıb:
“Əks-hücumlara axmaqcasına çıxırdıq. Buna baxmayaraq, penalti qazandıq. Amma istifadə edə bilmədik. Bəzi epizodlarda oyunçularım məsuliyyəti öz üzərinə götürməliydi. Biz isə meydanda intihar etməyi seçdik. Komandamın çıxışından narazı qaldım. Amma qısa zamanda bu görüşü unutmalıyıq. Çünki cümə axşamı Konfrans Liqasında vacib oyuna çıxacağıq. Bizi “Qarabağ”la finala bərabər matçı gözləyir”.
Dekabrın 9-da keçiriləcək “Bazel” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Bizi Facebook-da izləyin