
“Bizi “Qarabağ”la ağır döyüş gözləyir” – “Lex”in baş məşqçisi
“Lex”in baş məşqçisi Con van den Brom Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçı barədə danışıb.
Komanda.az Polşa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi, onları “Qarabağ”la ağır oyun gözlədiyini deyib:
“Geniş heyətimiz olsa da, bizi iyulun 12-də “Qarabağ”la ağır döyüş, gərgin səfər oyunu gözləyir. Baş məşqçi kimi əlimdəki 22-23 futbolçunun hamısından istifadə etməliyəm”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lex” oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda Ağdam komandası 0:1 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin