“Bizi orada çətin oyun gözləyir” – “Neftçi”nin müdafiəçisi

“Neftçi”nin futbolçusu Voislav Stankoviç Premyer Liqanın 26-cı turunda üz-üzə gələcəkləri “Şamaxı” ilə oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, serbiyalı müdafiəçi klubun televiziyasına açıqlamasında bölgə təmsilçisi barədə xoş fikirlər səsləndirib:

“Şamaxı” ilə oyuna yaxşı hazırlaşırıq. Bilirik ki, orada ancaq yerli futbolçular cəmləşib. Son vaxtlar da yaxşı formadadırlar. Xüsusən də, ev oyunlarını qeyd edərdim. “Sabah” üzərində qələbə qazandılar. Bizi orada çətin oyun gözləyir”.

Stankoviç müdafiənin sol cinahında Azər Əliyev və ya Azər Salahlının oynamasının onun üçün fərq etmədiyini bildirib:

“Azər Salahlı ilə oynayanda da rahat oluram, Azər Əliyevlə birlikdə çıxış edəndə də. Əliyev daha yaxşı formada olduğu üçün baş məşqçi son vaxtlar ona daha çox şans verir”.

“Şamaxı” – “Neftçi” matçı martın 12-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button