“Bizi nəyin gözlədiyini bilirdik” – “Marsel”in qapıçısı

“Marsel”in qapıçısı Stiv Mandanda Fransada “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının ilk pley-off matçından sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, 37 yaşlı qapıçı qol epizodları yaratmaqda çətinlik çəkdiklərini deyib:

“Çox çətin oyun oldu, daha istəkli komandaya qarşı oynadıq. Əlbəttə, bu, bizim ən yaxşı oyunumuz deyil. Amma əsas odur ki, qalib gəldik”.

Mandanda, “Qarabağ”ın da çoxlu imkanlar yaratdığını etiraf edib:

“Həmin epizodlarda bacardığım qədər öz işimi gördüm. Rəqibin oyunlarının videolarını izləmişdik. Üzərinə xeyli öhdəlik götürərək, çox yaxşı oynayan komandadır. Bizi nəyin gözlədiyini bilirdik. Üçüncü qol xeyrimizə işləyir”.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button