“Bizi “Levski” ilə qarşılaşmada nəyin gözlədiyini bilirəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” komandası ilə oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, litvalı mütəxəssis oyundan öncə baş tutan mətbuat konfransında rəqibin böyük tarixə malik olduğunu vurğulayıb:

“Sabah “Levski” kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi sabahkı qarşılaşmada nəyin gözlədiyini bilirəm. “Levski” 2-ci təsnifat mərhələsində “Braqa”ya qarşı güclü oyun nümayiş etdirdi. Ötən mövsüm Bolqarıstan çempionatında ikinci yeri tutublar. Bu qarşılaşmaya ciddi hazırlaşmışıq”.

“Levski” – “Sabah” matçı avqustun 7-də, saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button