
ÇL: “Çalışacağıq ki, “Arsenal”ı məğlub etməyə kömək edəcək oyun göstərək”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Arsenal”la oyun haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gərgin qarşılaşma olacağını söyləyib:
“Bizi gərgin oyun gözləyir. Rəqibimiz müdafiəni çox yaxşı bacarır, qolların qarşısını yaxşı kəsirlər və cinahlardan cəld hücuma keçirlər. Çalışacağıq ki, “Arsenal”ı məğlub etməyimizə kömək edəcək oyun göstərək”.
“Arsenal” – “Atletiko” oyunu bu gün Londonda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



