
“Bizi dəstəkləyənlər böyük ürəkli insanlardır” – İsveç millisinin baş məşqçisi
İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, baş məşqçi, onları dəstəkləmək üçün Bakıya gələn azarkeşləri qəhrəman adlandırıb:
“Bizi izləmək üçün Bakıya gedənlər qəhrəman sayılacaqlar. Təşəkkür etmək istədiyim o qədər insan var ki… Bizi dəstəkləyənlər böyük ürəkli insanlardır. Onların bu addımları bizim üçün çox şey deməkdir”.
Noyabrın 16-da keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq. Hazırda İsveç 7 xalla üçüncü, Azərbaycan isə 4 xalla dördüncü pillədə qərarlaşıb. Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsində keçiriləcək son matçların ardından vəzifəsindən ayrılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin