
DÇ-2022: “Biz hazırıq” – Keyn
İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2022 barədə fikir bildirib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, o, turnirdə qalib gələcəklərinə inandığını deyib:
“Biz buraya təkcə 1/4 finala yüksəlmək üçün gəlməmişik. Turnirdə qalib gələcəyimizə inanaraq Qətərə gəlmişik. İstədiyimiz mərhələyə çatmaq üçün davam etməliyik. Bizi Fransa ilə çox çətin oyun gözləyir. Biz hazırıq”.
İngiltərə millisi bu gün DÇ-2022-nin 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin