“Bizi çox çətin qarşılaşma gözləyir” – “Linkoln”un baş məşqçisi

“Bizi çox çətin qarşılaşma gözləyir. İlk matçdakı nəticə də bunu göstərir”.

Komanda.az xəbər verir ki, bunu Cəbəllütariqun “Linkoln” komandasının baş məşqçisi Xavi Munyos Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis yenidən Bakıya gəlməyin onlar üçün çox xoş olduğunu bildirib: “Keçən il də buraya səfər etmişdik. İstənilən halda, sabah meydana çıxıb vuruşacağıq. Ən azından özümüz barədə xoş təəssüratlar buraxmaq istəyirik. “Qarabağ” çox güclüdür. Əzmkar olacağıq. Bunu görəcəksiniz”.

Munyos Ağdam təmsilçisinin güclü tərəflərinin çox olduğunu bildirib:

“Xüsusi olaraq hansısa oyunçunu qeyd etməzdim. “Qarabağ” kollektiv olaraq güclüdür. Yerli çempionatda, həm də avrokuboklarda bu komanda uğurlu çıxış edir. Səbəbi də yaxşı kollektiv olmalarıdır. “Qarabağ”ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Yalnız onları “Bayer 04” 90+7-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. “Qarabağ” ötən mövsümkü heyəti saxlaya bilib”.

“Qarabağ” – “Linkoln” görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button