“Bizi bu yerlərdə görmək çoxu üçün xoş deyil” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var. Futbolçularımı da təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-sözbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu pozmağa və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümüzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun.
Bir oyunda qələbə qazanmaq nəyisə təmin etmir. Turmir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxu üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir çox klublara qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq.
Qışdan sonra fərqli sistemlə oynayırıq. Kamran Əliyevdə düşüş hiss etmirəm. Əksinə, məni razı salır. Sadəcə oyunlar bunu tələb edir”.
Bizi Facebook-da izləyin