“Bizi Avropada görmək istəmirlərsə, niyə bunu tələb edək?” – Rusiyalı məşqçi
“Ximki” və “Xabarovsk” komandalarının keçmiş baş məşqçisi Sergey Yuran Rusiyanın Asiya Futbol Konfederasiyasına üzv ola biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, o, Rusiyanın Asiya futbol ailəsinə qoşulmasını istədiyini deyib:
“Bizi Avropada görmək istəmirlərsə, niyə bunu tələb edək? Biz rus xalqıyıq! Asiya ilə seçim varsa, niyə olmasın? İstənilən idmançı üçün daxili yarışlar əladır, amma yenə də, başqa ölkələrlə yarışmaq istəyirsən. Biz bir həll gözləyirik. Məncə, məsələ ilə bağlı Rusiya Futbol İttifaqının rəhbərlərinin daha çox məlumatı var. UEFA-da neçə il gözlənilməyəcəyimizi anlamalı və buna əsaslanaraq müvafiq qərar verməliyik. Qoy orada nə istəsələr “bişirsinlər”. Bizim uşaqlar oynamalı və yarışmalıdırlar”.
Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin