“Bizdə əhval-ruhiyyə o səviyyədə deyil” – Aftandil Hacıyev
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çempionatda sona yaxınlaşırıq. Oyunlar gərgin keçir. Düşünürəm ki, psixoloji vəziyyətdə daha güclü olan qalib gəldi. Bu günə qədər çətinliklə gəlib çıxmışıq. Oyunçulara sərf etdikləri gücə görə təşəkkür edirəm. Oyun haqqında çox danışmaq istəmirəm. Rəqib qələbəyə layiq idi. Onlar təbrik edirəm.
Komandamda arxayınlıq olduğunu düşünmürəm. Sadəcə, rəqib daha istəkli idi. Bizdə əhval-ruhiyyə o səviyyədə deyil. Digər komandalarla “Neftçi” və “Qarabağ” arasında uçurum var
Amil Yunanovu zədəyə görə əvəzlədim. O, həftəiçi məşqdə xəsarət alıb. Rauf Əliyev də zədələndi. Hazırda xəstəxanadır. Başında çoxlu açılma olduğundan, həkim müdaxiləsinə ehtiyac var”.
Bizi Facebook-da izləyin