“Yeni hücumçu almaq fikrində deyilik” – “Barselona” rəsmisi

“Barselona”nın idman direktoru Deku klubun hücumçu mövqeyini gücləndirmək planlarından danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, transfer haqda düşünmədiklərini deyib:

“Biz yeni hücumçu almaq fikrində deyilik. Klassik 9 nömrəsiz oynaya bilərik. İndi transferlər haqqında danışmağın vaxtı deyil. Ferran Torres hücumçu mövqeyini doldura bilər. Burada əsl hücumçu olmadan Çempionlar Liqasını qazanan PSJ nümunəsi var”.

Kataloniya klubunun hücumçusu Robert Levandovskinin müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Daha əvvəl klubun ona əvəzləyici axtardığı ilə bağlı xəbərlər yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button