“Biz yaxşı vəziyyətdəyik və bundan həzz alırıq” – Xabi Alonso

“Bayer”in baş məşqçisi Xabi Alonso “Bohum”la oyundan (4:0) sonra komandasının Bundesliqadakı liderliyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az Bundesliqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını deyib:

“Oyunçular güclü oyun nümayiş etdirdilər. İndi komanda layiqincə istirahətə gedir.

Mövsümün ilk hissəsini yaxşı keçirməyi planlaşdırırdıq. Biz yaxşı vəziyyətdəyik və bundan həzz alırıq. Amma eyni ruhda davam etmək istəyirik”.

16 turdan sonra “Bayer” ikinci pillədə qərarlaşan “Bayern”i 4 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button