
Sabiq futbolçudan Yamala məsləhət
“Barselona”nın sabiq futbolçusu Rivaldo Kataloniya klubunun vingeri Lamin Yamalı media qalmaqallarına qarışmamağa çağırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun karyerasına xələl gətirməməyini istədiyini söyləyib:
“Yamal ağıllı oğlandır. Sağlam düşüncəyə malikdir və yaşadığı dövrü dərk edir. Təəssüf ki, belə hekayələr baş verə bilər, xüsusən də, sən çox gənc və artıq məşhur olanda. Onun hərəkətləri hər zaman diqqət mərkəzində olacaq. Ümid edək ki, o, gələcəkdə bu cür qalmaqalların qarşısını almaq üçün hər şeyi yenidən nəzərdən keçirsin.
Biz futbolsevərlər onun parlamağa davam etməsini, yaxşı oynamasını və karyerasına xələl gətirə biləcək hər şeydən qaçmasını istəyirik. Onun meydanda etdikləri barədə danışmaq istəyirik. Ümid edirəm ki, daha belə hekayələr olmayacaq, çünki bu, sadəcə olaraq bezdirici və kədərlidir. Onun meydanda topla parladığını görmək istəyirik. O, haqqında yalnız müsbət danışılmağa layiqdir”.
Daha əvvəl “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin komandanın futbolçularının hədsiz media fəallığından narazı olduğunu bildirilib. O, oyunçuların əyləncəsini minimuma endirib. Bu qərarlara çox güman ki, Yamalın 18 yaş partisi ilə bağlı qalmaqal təsir edib.
Bizi Facebook-da izləyin