“Biz yalnız baş məşqçimiz və oyunçularımızla finala yüksələ bilərik”

“Aston Villa”nın qapıçısı Emiliano Martines komandasının Çempionlar Liqasındakı perspektivlərindən danışıb.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, argentinalı qolkiper Çempionlar Liqasının finalına yüksəlməyin komandaya rəhbərlik edən baş məşqçidən və futbolçulardan asılı olduğunu qeyd edib:

“Komandamız Çempionlar Liqasında uzun zamandan sonra ilk dəfədir, buna görə də, bu, bizim üçün yeni olacaq. Biz yalnız baş məşqçimiz və oyunçularımızla finala yüksələ bilərik”.

“Aston Villa” ötən mövsüm Premyer Liqada dördüncü yeri tutub və 41 ildən sonra ilk dəfə Avropanın əsas klub turnirində çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button