Amorim: “Çox gərgin bir həftə oldu”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandasının Avropa Liqasının 1/8 final mərhələsində “Real Sosyedad”la qarşılaşmada qazandığı uğuru şərh edib.

“Qırmızı şeytanlar” “Old Trafford”da keçirilən cavab matçında böyükhesablı qələbə (4:1; ilk oyun 1:1) sayəsində növbəti mərhələyə yüksəliblər.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis çox gərgin bir həftə olduğunu söyləyib:

“Çox gərgin bir həftə oldu. Biz uzunmüddətli perspektivdə nəyə nail ola biləcəyimizi göstərdik. Bu gün komanda özünü çox yaxşı göstərdi, xüsusən də, fiziki komponentdə. Avropa Liqasında isə tamamilə fərqlidir. Burada fiziki cəhətdən üstün ola bilərik. Çətin, ancaq uğurlu həftə arxada qaldı”.

“Mançester Yunayted”in 1/4 finaldakı rəqibi Fransa təmsilçisi “Lion”dur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button