“Biz üç xala layiq idik” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının İspaniya La Liqasında “Sevilya” ilə matçda (1:0) qazandığı qələbəni şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, oyunun yaxşı keçdiyini və komandanın çıxışından razı qaldığını bildirib:
“Matç əla keçdi, balanslı və bacarıqlı oyun nümayiş etdirdik. Bellingem və Xoselu kimi hücumameyilli oyunçuların itirilməsi ilə bağlı proqnozlaşdırıla bilən problemlərimiz var idi. Bunu nəzərə alsaq, biz üç xala layiq idik. Çıxışımızdan çox razıyam”.
Hazırda İspaniya çempionatının turnir cədvəlinə 65 xalla “Real” başçılıq edir. “Sevilya” isə 24 xalla 16-cı yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin