“Biz təslim olmamalıyıq”

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior Braziliya millisinin Argentina yığmasına ağır məğlubiyyətindən (1:4) sonra danışıb.

Qarşılaşma 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində dünən gecə baş tutub. Artıq mundiala vaxtından əvvəl vəsiqə qazanan argentinalılar əsas rəqibləri ilə doğma meydanda üz-üzə gəliblər.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, braziliyalı futbolçu, etdikləri hər şeyi yenidən düşünməli olduqlarını bildirib:

“Biz etdiyimiz hər şeyi yenidən düşünməliyik. Braziliya millisinin oyunçusu olmağın nə qədər çətin olduğunu hamı bilir. Biz təkmilləşməli, təslim olmamalı, təslim olmamalıyıq. Argentina millisi yaxşı idi”.

Braziliya millisi Cənubi Amerika üzrə seçmə mərhələnin qrupunda 14 turdan sonra 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button