“Onlar bizi məhv etməyə çalışırlar” – “Barselona”nın futbolçusu

“Barselona”nın vingeri Ferran Torres Çempionlar Liqasında “Antverpen”ə məğlubiyyəti (2:3) şərh edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu vəziyyəti düzəltməli olduqlarını bildirib:

“Vəziyyəti düzəltməliyik, bu, başadüşüləndir. Amma mövsümboyu yaranmış dinamikanı dəyişməliyik və bunu edəcəyik. Biz həmrəyik, sona qədər baş məşqçi Xavinin yanındayıq. İndi diqqətimizi La Liqaya yönəltməliyik. Biz bu klub ətrafında mövcud olan xarici səs-küyü bilirik, onlar bizi məhv etməyə çalışırlar. Amma biz bununla mübarizə aparmalıyıq”.

“Barselona” Çempionlar Liqasının H qrupunda 6 turdan sonra 12 xalla birinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button