“Biz sadəlövh deyilik” – Şon Dayç
“Everton”un baş məşqçisi Şon Dayç İngiltərə Premyer Liqasının 7-ci turundan təxirə salınan “Arsenal”la oyunu (0:4) şərh edib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, rəqibin əla oynadığını deyib:
“İlk qolu heç nədən buraxdıq. Hesabda 2:0 öndə olanda meydanda daha çox hərəkət azadlığına sahib olmaq mümkünləşir. “Arsenal” əla oynadı. İkinci hissədə necə komanda olduqlarını göstərdilər.
Biz sadəlövh deyilik. Komandaya baş məşqçi təyin olunanda bilirdim ki, hazırda işlər o qədər də yaxşı deyil. Çox işin olduğunu mən də bilirəm”.
“Everton” hazırda İngiltərə çempionatının turnir cədvəlində 21 xalla 18-ci, “topçular” isə 60 xalla birincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin