“Bir daha deyirəm, biz sadəcə, qazanmaq istəyirik”
“Bayern”in baş məşqçisi Vensan Kompani Münhenqladbax “Borussiya”sı ilə oyun öncəsi mətbuata açıqlama verib.
Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı həmişə qalib gəlmək istədiklərini bildirib:
“Bayern” üçün hər şey həmişə aydındır. Harada və kiminlə oynamağımızdan asılı olmayaraq, biz həmişə qalib gəlmək istəyirik. “Borussiya”nın heyətində çoxlu texnikalı oyunçular var ki, onlar da təkbətək mübarizələrdə qalib gəlməyi bacarırlar. Bu, öz bünövrəsi olan bir klubdur, həmişə belə olub, ona görə də, oyun xüsusi olacaq. Bir daha deyirəm, biz sadəcə, qazanmaq istəyirik”.
“Bayern” sabah Bundesliqa çərçivəsində səfərdə “Borussiya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin