“Keçən il mövsümə daha pis başlamışdıq” – “Çelsi”nin hücumçusu
“Çelsi”nin hücumçusu Kristofer Nkunku bu mövsümün başlanğıcını əvvəlki mövsümlə müqayisə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, keçən ilin daha pis keçdiyini söyləyib:
“Keçən il mövsümə daha pis başlamışdıq. İndi biz sadəcə olaraq vəziyyətdən həzz almaq və azarkeşlərimizi sevindirmək üçün eyni ruhda davam etmək istəyirik”.
“Çelsi” İngiltərə Premyer Liqasının ilk 5 turunda 10 xal toplayıb. Komanda turnir cədvəlində beşinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin