Elxan Məmmədov: “Biz Rusiyanın dünya futbol səhnəsinə qayıtmasını gözləyirik”
FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Rusiyanın beynəlxalq qadağasından danışıb.
Komanda.az “Sport-Express”-ə istinadən xəbər verir ki, Məmmədov Rusiyanın dünya futbol səhnəsinə qayıtmasını gözlədiklərini bildirib:
“Futbol federasiyasının rəhbəri həmişə bütün futbol ailəsinə ən səmimi salamlarını çatdırır. Təbii ki, biz Rusiyanın dünya futbol səhnəsinə qayıtmasını gözləyirik”.
Rusiya milli komandaları və klubları 2022-ci ilin fevralından beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılıb. (Rusiyanın Ukraynaya işğalçı hücumları ilə bağlı) Buna görə yığma komanda yalnız yoldaşlıq oyunları keçirə bilər. Valeri Karpinin yetirmələri son yoldaşlıq görüşündə Suriya yığmasını 4:0 hesabı ilə məğlub edib.
Elxan Məmmədov uzun müddət AFFA-da baş katib və icraçı vitse-prezident postlarını tutub.
Bizi Facebook-da izləyin